Yaponiya Kosta-Rika ilə bacarmadı

Yaponiya Kosta-Rika ilə bacarmadı

DÇ-2022-nin E qrupunda II tura start verilib. Qətərdəki mundialın 8-ci oyun günü Yaponiya və Kosta-Rika millilərinin matçı ilə başlayıb.

İlk turda Almaniya üzərində sensasiyalı qələbə qazanan Asiya təmsilçisi bu dəfə meydana favorit qismində çıxıb. Amma çoxsaylı hücumlar təşkil edən yaponiyalılar Keylor Navasın qapısına yol tapa bilməyib.

Dörd gün öncə İspaniyadan 7 cavabsız top buraxan kosta-rikalılar isə görüşün sonlarında arzulanan qolu vurub. Bu top şimali amerikalılara qələbə qazandırıb – 1:0.

Qeyd edək ki, qrupda turun digər qarşılaşmasında Almaniya və İspaniya görüşəcək. Bu matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 28.11.2022

Növbəti yazı

Benzema üçün medal şansı