Yaponiya dünya çempionatından imtina edir
Yaponiya klublararası dünya çempionatına ev sahibliyindən imtina edəcək. Bu barədə qərarı Yaponiya Futbol Assosiasiyası (JFA) verib. Buna səbəb koronavirus pandemiyasıdır. Xəstəliklə bağlı ölkədə tətbiq olunan məhdudiyyətlər JFA-nı belə addım atmağa vadar edib. Assosiasiya FİFA-ya bununla bağlı məlumat verib. Müzakirələrdən sonra yarışın taleyi ilə bağlı yekun qərar verilməlidir.
Klublararası dünya çempionatının dekabrın 9-19-da keçirilməsi planlaşdırılıb.