Yannisdən rekord
“Miluoki”nin basketbolçusu Yannis Adetokumbo karyerasının rekorduna imza atıb. Ulduz hücumçu bir matçdakı ən yüksək məhsuldarlığını göstərib.
O, “Vaşinqton”la görüşdə 55 xal toplayıb. Bu matçda “Baks” 123:113 hesablı qələbə qazanıb.
Bunadək Adetokumbonun şəxsi rekordu 52 xala bərabər idi. O, 2019-cu il martın 17-də “Filadelfiya” ilə qarşılaşmada fərqlənmişdi.
Yannis həm də karyerasında ilk dəfə ardıcıl üç oyunda 40 və ya daha çox xal toplayıb. “Miluoki”nin tarixində bunu yalnız iki basketbolçu bacarmışdı. 1969-cu ilin fevralında Flinn Robinson, 1972-ci ilin fevralında Kərim Abdul-Cabbar belə seriyaya imza atıb.