Yannis “30”a çatdı
Yannis Adetokumbo NBA-da 30-cu dəfə tripl-dabl edib. “Miluoki”nin ulduzu “Minnesota” ilə görüşdə fərqlənib.
Hücumçu komandasının 115:102 hesablı qələbəsinə 26 xal, 14 ribaund və 11 ötürmə ilə töhfə verib. Adetokumbo NBA-nın ümumi siyahısında Qrant Hilli arxada qoyub.
O, bu göstəricidə 17-cidir. “Miluoki” startda ardıcıl 8-ci qələbəsini qazanıb. Bu, “Baks”ın tarixində yeni rekorddur.