Yannik Sinner finalda
“Six Kings Slam” sərgi turnirinin son finalçısı müəyyənləşib. Yannik Sinner yarımfinalda Novak Cokoviçə 6:4, 6:2 hesabı ilə qalib gəlib.
Qarşılaşma 1 saat 3 dəqiqə çəkib. Sinner matçda on eys edib və üç breyk-poyntdan üçünü də reallaşdırıb. Cokoviç iki eys edib, heç bir ikiqat səhv etməyib və iki breyk-poyntdan heç birini reallaşdıra bilməyib.
“Six Kings Slam”ın finalında Sinner dünyanın birinci raketkası ispaniyalı Karlos Alkarasla qarşılaşacaq.












