Yamalın durumuna aydınlıq gəldi
“Barselona” futbolçusu Lamin Yamalla müqaviləni uzatmağa yaxındır. Yeni anlaşmanın detalları da bəlli olub.
Tərəflər arasında 6 illik müqavilə imzalanacaq. Bu, Yamalın 18 yaşı olduqdan sonra gerçəkləşəcək. Vingerin sərbəstqalma məbləği 1 milyard avro olacaq.
Qeyd edək ki, indiki müqaviləsi 2026-cl ildə başa çatacaq 17 yaşlı futbolçu mövsümün 16 matçında б qol və 8 assistə imza atıb.