Yamaldan yeni rekord
Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Barselona” “Borussiya”nı məğlub edib – 4:0. “Barselona”nn futbolçusu Lamin Yamal bu matçda yeni uğura imza atıb.
Belə ki, vinger turnirdə 18 yaşa kimi 20 oyuna çıxan ilk futbolçu olub.
17 yaşlı ispaniyalı “Borussiya” ilə qarşılaşmada komandasının sonuncu qoluna imza atıb.
Qeyd edək ki, Lamin bu mövsüm ümumilikdə “Barselona”da 43 oyunda 14 qol vurub, 20 məhsuldar ötürmə edib.