Yamaldan yeni rekord

Yamaldan yeni rekord

Lamin Yamal daha bir rekorda imza atıb. O, dünya və Avropa çempionatlarının yarımfinalında meydana çıxan ən gənc oyunçu olub.

Yamal AVRO-2024-ün yarımfinalının Fransa ilə oyununda İspaniya yığmasının heyətində yer alıb. O, 16 yaşı 361 günündə bu şansı qazanıb. İspaniyalı gənc əfsanəvi Pelenin rekordunu arxada qoyub.

Maraqlıdır ki, Pele də DÇ-1958-də məhz Fransa ilə yarımfinal görüşündə 17 yaş 244 günündə meydana çıxıb.

ETOPAZ

Əvvəlki yazı

Kinin yeni klubu bəlli oldu

Növbəti yazı

“Neftçi”də növbəti ayrılıq