Yamaldan növbəti rekord

Yamaldan növbəti rekord

“Barselona”nın futbolçusu Lamin Yamal İspaniya Superkubokunun tarixinə düşüb. Gənc futbolçu yarışın yarımfinalında keçirilən “Osasuna” ilə qarşılaşmada (2:0) qol vurub.

16 yaş 182 günlüyündə fərqlənən Lamin turnir tarixinin ən gənc qol vuran futbolçusu adına sahib olub. Bununla da o, komanda yoldaşı Qavinin (18 yaş 163 gün) rekordunu yeniləyib.

ETOPAZ

Əvvəlki yazı

Sanço “Borussiya”da

Növbəti yazı

FIFA yeni layihəyə start verir