Yamala fantastik təklif
“Əl-Hilal” “Barselona”nın 18 yaşlı hücumçusu Lamine Yamalla maraqlanır. Klub onun üçün rekord məbləğ təklif etməyə hazırdır.
Yarımada təmsilçisi artıq 400 milyon avro təklif edib.İspaniya klubu bu təklifi qəbul edərsə, transfer dünya futbolu tarixində rekord olacaq.
Bildirilir ki, “Əl-Hilal” Yamal ilə yeddi illik müqavilə bağlamağı planlaşdırır. “Barselona” isə əsas ulduzunu komandada saxlamaq niyyətindədir, lakin vəziyyət oyunçunun şəxsi ambisiyaları və klubun maliyyə durumuna görə dəyişə bilər.












