Yamal Ronaldoya çatdı
“Barselona”nın 17 yaşlı futbolçusu Lamin Yamal La Liqada qazandığı çempionluqların sayına görə “Real”ın əfsanəsi Kriştiano Ronaldoya çatıb. O, karyerasında ikinci dəfə La Liqanın qalibi olub.
Futbolçu ilk dəfə 2022/23 mövsümündə bu uğura nail olub. Ronaldo da “Real”da çıxış etdiyi illərdə (2011/12 və 2016/17) iki dəfə İspaniya çempionatını qazanıb.