Yamal meydana qayıdır
Lamin Yamal zədədən sonra bərpa olub. Hücumçu “Barselona”nın “Real Sosyedad”la görüşündə meydana çıxa bilər.
Onun adı matçın sifariş vərəqinə daxil edilib. Görüş bu gün keçiriləcək. 18 yaşlı vingerin zədələnməsi sentyabrın 13-də açıqlanıb.
Qeyd edək ki, La Liqanın cari mövsümündə üç matça çıxan Lamin 2 qol və 3 assistə imza atıb.












