Yamal “Barselona”nın tarixinə düşdü
“Barselona” Çempionlar Liqasının ilk turunda “Antverpen”lə qarşılaşıb – 5:0. Görüş Lamin Yamal üçün əlamətdar olub.
Futbolçu meydana 68-ci dəqiqədə daxil olub. O, bununla da, kataloniyalıların turnirdə iştirak edən ən gənc oyunçusu adına sahib çıxıb.
Çempionlar Liqasının ən gənc debütantı isə Yussuf Mokokodur. O, 16 yaş 18 günlüyündə yarışda ilk matçına çıxıb.