Yamal “Barselona”nın məşqinə qatılmadı
“Barselona”nın hücumçusu Lamin Yamal 2026-cı ilin ilk məşqini buraxıb.
O, ümumi narahatlıq səbəbindən bu gün məşqdə iştirak etməyib. Lakin vingerin “Espanyol”la derbini buraxmaq ehtimalı azdır.
Qeyd edək ki, cari mövsümdə Yamal 14 oyunda 7 qol və 7 assistə imza atıb.










