Yamal “Barselona”da qalacaq

Yamal “Barselona”da qalacaq

“Barselona” bu gün Lamin Yamalla yeni müqavilə imzalayacaq. Razılaşma 2031-ci ilə kimi nəzərdə tutulub.

Tərəflər arasındakı danışıqlar yekunlaşıb. Yamalla 2026-cı ilin yayında bitəcək müqavilənin daha 5 il uzadılmasında qərar verilib.

Qeyd edək ki, Lamin başa çatmış mövsümdə 55 oyunda 18 qol vurub. Yamal “Barselona” ilə İspaniya La Liqası, ölkə kuboku və superkuboku titullarını qazanıb.

ETOPAZ

Əvvəlki yazı

Elçin Məsiyev pley-off oyununda

Növbəti yazı

“Şamaxı” kapitanı ilə yollarını ayırdı