Yamal ən yaxşı seçildi

Yamal ən yaxşı seçildi

İspaniya La Liqasında 2024/2025 mövsümünün ən yaxşı gənc oyunçusu müəyyənləşib. 23 yaşadək futbolçular arasında mövsümün ən yaxşısı Lamin Yamal seçilib.

Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

İspaniyalı vinger bu nominasiyada “Real Madrid”in futbolçuları Cud Bellinqhem və Arda Güleri geridə qoyub.

Qeyd edək ki, Lamin Yamal ötən mövsüm La Liqada meydana çıxdığı 35 matçda 9 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

“Vulverhempton” müdafiəçi ilə razılığa gəldi

Növbəti yazı

Günün kuponu – 06.06.2025