Yalnız Xorvatiya
Xorvatiya Avropa çempionatlarının seçmə mərhələlərində evdə uduzmayan yeganə komandadır. Balkanlılar AVRO-2024-ün ilk görüşündə Uelslə qarşılaşıb.
Zlatko Daliçin yetirmələri qələbəni sonda əldən verib – 1:1. Bu, xorvatların 36-cı seçmə ev oyunu olub. 27 qələbəsi olan komanda 9 dəfə bir xalla kifayətlənib.