XXI əsrin bombardirləri

XXI əsrin bombardirləri

XXI əsrdə keçirilən beynəlxalq oyunlarda ən çox qol vuranlar açıqlanıb. İFFHS-in cədvəlinə yığma və qitə kuboklarında ən çox vuranlar daxil edilib.

Siyahıya minimum 100 qol vuranlar düşüb. Buna yalnız 16 oyunçu nail olub. Kriştiano Ronaldo 265 qolla əsrin bombardiridir. Lionel Messinin 213 qolu var. 3-cü olan Robert Levandovski Ronaldodan 100 top geri qalır. Cədvəldə eyni sayda qol vuranlar olduqda millidəki top sayı əsas götürülüb.

1. Kriştiano Ronaldo  (Portuqaliya) –  265

2. Lionel Messi  (Argentina) –  213

3. Robert Levandovski (Polşa) – 165

4. Neymar (Braziliya) – 127

5. Zlatan Ibrahimoviç (İsveç) – 119

6. Bader Al-Mutava (Küveyt) – 119

7. Luis Suares  (Uruqvay) – 118

8. Kərim Benzema (Fransa) – 116

9. Didye Droqba (Fil Dişi Sahili) – 115

10. Edin Dzeko (Bosniya və H.) – 110 11. Edinson Kavani (Uruqvay) – 108

12. Romelu Lukaku  (Belçika) – 107

13. Serxio Aqüero (Argentina) – 104

14. Sunil Çetri (Hindistan) – 100

15. Miroslav Kloze (Almaniya) – 100 16. Samuel EtoO (Kamerun) – 100

ETOPAZ

Əvvəlki yazı

Alaba finalda oynamayacaq

Növbəti yazı

Badosa tay-brekdə sevindi