Xviça zədələndi
“Napoli” ciddi itki ilə üzləşib. İtaliya klubu aparıcı futbolçusu Xviça Kvaratsxeliyanı itirib.
Gürcü yarımmüdafiəçi zədələnib. 22 yaşlı legioner məşqdə xəsarət alıb.
O, A seriyasında “İnter”lə sabah keçiriləcək matçında iştirak etməyə bilər. Futbolçu hazırda fərdi hazırlıq keçir.













