Xoselu “Real”ın tarixinə düşdü
Xoselu xüsusi uğura imza atıb. O, “Real”ın tarixinə düşüb.
33 yaşlı hücumçu La Liqanın “Osasuna” ilə matçında qol vurub. Bununla da o 21-ci əsrdə İspaniya çempionatında mövsümün ilk doqquz oyununda Real Madridin heyətində 5 və ya daha çox qol vurmağı bacaran üçüncü ispan futbolçu olub. “Kral klubu”nda Xoseludan əvvəl bu uğura Raul Qonzales və Xavyer Portillo nail olub