Xorvatiya öndə, Modriçdən rekord
DÇ-2022-nin 3-cü yer uğrunda oyun keçirilir. Xorvatiya və Mərakeş milliləri arasında matçın ilk 45 dəqiqəsi başa çatıb.
Görüşün ilk hissəsi məhsuldar alınıb. Yoşko Qvardiol 7-ci dəqiqədə hesabı açdıqdan 2 dəqiqə sonra afrikalılar Əşrəf Darinin qolu ilə status-kvonu bərpa edib. Fasilə ərəfəsində Mislav Orşiç xorvatları önə çıxarıb – 2:1.
Bu, Luka Modriçin DÇ-2022-də 8-ci oyunudur. Xorvatların kapitanı 37 yaşdan sonra mundialda 8 matç keçirən ilk futbolçu olub.
1982-ci ildə Dino Zoff, 1990-cı ildə Piter Şilton 7 dəfə şans qazanmışdı. Luka onların rekordunu geridə qoyub.