Xorvatiya millisində yeni rekord

Xorvatiya millisində yeni rekord

Avropa futbolunda yeni rekord qeydə alınıb. Bunu İFFHS açıqlayıb.

Luka Modriç və İvan Perişiç cütlüyü Xorvatiya millisində 119-cu oyuna çıxıb. Onlar 2011-ci ildən yığmada birgə çıxış edirlər.

Xorvat ulduzlar Estoniya millisində 118 dəfə komanda yoldaşı olan Martin Reyna və Marko Kristalın rekordunu geridə qoyublar. İlk “üçlüy”ü İspaniya yığmasında 117 qarşılaşmada çiyin-çiyinə oynayan Serxio Ramosla Andres İnyesta qapayır.

Qeyd edək ki, Avropa futbolunda 26 cüt 100 və ya daha çox matçda birgə forma geyinib.

ETOPAZ

Əvvəlki yazı

“Neftçi” və “Turan Tovuz” cərimələndi

Növbəti yazı

Levandovskinin “Barselona” arzusu