Xorvatiya albanlarla bacarmadı
AVRO-2024-ün 2-ci turuna start verilib. Bu gün B qrupunun ilk matçı baş tutub.
Xorvatiya Albaniya ilə qarşılaşıb. Oyunda hesabı albanlar açıb. Qazim Laçi fərqlənib. Xorvatların buna cavabı ikinci hissədə gəlib. Andrey Kramariç hesabı bərabərləşdirib. Ardından Klaus Qyasulanın avtoqolu ilə “damalılar” önə keçib. Lakin müdafiəçi səhvini düzəltməyi bacarıb. Onun son dəqiqədə vurduğu qolla matç bərabərliklə nəticələnib – 1:1.