Xorvatiya Albaniyaya qarşı
AVRO-2024-də qrup mərhələsinin II turuna start veriləcək. Günün ilk matçı Hamburqda baş tutacaq.
B qrupunun oyununda ilk turun uğursuzları üz-üzə gələcək. Çempionata məğlubiyyətlə başlayan Xorvatiya və Albaniya ilk xallar üçün mübarizə aparacaq.
Qeyd edək ki, turun sabah keçiriləcək digər matçında İspaniya və İtaliya üz-üzə gələcək.
AVRO-2024
Qrup mərhələsi, II tur
19 iyun, B qrupu
17:00. Xorvatiya – Albaniya
Baş hakim: Fransua Leteksye (Fransa)
Hamburq stadionu