Xoakin rekordu təkrarladı

Xoakin rekordu təkrarladı

Xoakin Sançes La Liqanın rekordunu təkrarlayıb. O, buna XXXVIII turda imza atıb.

“Betis”in 41 yaşlıı futbolçusu İspaniya çempionatında 622-ci oyununu keçirib. Yarımmüdafiəçi yarışın tarixində ən çox matça çıxan futbolçu adına şərik olub. O, əfsanəvi Andoni Subisarettaya çatıb.

Siyahıda üçüncü yerdə Raul Qarsiyadır – 589 oyun. Raul Qonzales 550, Eusebio Sakristan 543 matçda forma geyinib.
“Betis” XXXVIII turda “Valensiya” ilə heç-heçə edib – 1:1.

ETOPAZ

Əvvəlki yazı

“Mayami”dən səfər qələbəsi

Növbəti yazı

Modriç Ərəbistan yolunda