Ximenes üçün 30 milyon avro
“Milan”ın hücumçusu Santyaqo Ximenes komandanı tərk edə bilər. O, karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
“Sanderlend” meksikalı futbolçunu transfer etmək istəyir. Bu barədə “Goal” nəşri məlumat yayıb.
“Qara pişiklər” Ximenes üçün İtaliya klubuna 30 milyon avroluq təklif göndərməyə hazırlaşır. Rossoneri” baş məşqçi Massimiliano Alleqrinin planlarına daxil olmayan 24 yaşlı forvardı bu məbləğ qarşılığında satmağa isti yanaşır.












