“Xetafe”də rekord
Borxa Mayoral “Xetafe”nin tarixinə düşüb. O, mövsümün ilk 18 turunda 12 qol vurmaqla klub rekorduna imza atıb.
Mayoral “Atletiko” ilə qarşılaşmada (3:3) dubl müəllifi olub. Bununla da forvard Roberto Soldadonun rekordunu qırıb. Soldado 2009/10 mövsümünün 18 matçında 10 dəfə fərqlənib.