“Xetafe” oyunçusunu “Arsenal”a satmadı
“Xetafe”nin futbolçusu Borxa Mayoralın durumuna aydınlıq gəlib. Klub onu “Arsenal”a satmaqdan imtina edib.
Bu barədə İspaniya mətbuatı məlumat yayıb. “Topçular” hücumçuya 25 milyon avro təklif edib. Lakin “Xetafe” komandanın bombardiri ilə yollarını ayırmaq istəmir. La Liqa təmsilçisi futbolçunu nə az, nə çox, 45 milyon avroya buraxmağa hazırdır.