Xaviyə rəsmi təklif
“Barselona”nın sabiq baş məşqçisi Xavi rəsmi təklif alıb. Mütəxəssisin xidmətində Səudiyyə Ərəbistanı təmsilçisi maraqlıdır.
“Əl-Əhli” 45 yaşlı çalışdırıcını baş məşqçi postunda görmək istəyir. Hazırda Mattias Yayslenin çalışdırdığı komanda çempionatda 5-ci yerdə qərarlaşıb. Mövsümün sonunda onun Xavi ilə əvəzlənəcəyi gözlənilir.
Qeyd edək ki, ispaniyalı mütəxəssis 2024-cü ilin yayından işsizdir.