Xavi Qvardiolanın nəticəsini təkrarladı
La Liqanın XII turunun “Valensiya” ilə oyunu “Barselona”nın baş məşqçisi Xavinin bu postda 38-ci matçı olub. 1:0 hesablı qələbə mütəxəssisin 27-ci uğuru olub.
Onun rəhbərliyi altında 6 heç-heçə və 5 məğlubiyyəti olan kataloniyalılar 87 xal toplayıb. Pep Qvardiolanın ilk 38 oyununda da eyni göstəricilər qeydə alınıb. O, buna 2008/09 mövsümündə nail olub.
Qeyd edək ki, Xavi 2021-ci ilin noyabrından “Barselona”nın sükanı arxasındadır.