Xavi Kanselonu istəyir
“Barselona” heyətini gücləndirmək niyyətindədir. Klub “Mançester Siti”nin müdafiəçisi Joao Kanselonu transfer etməyə çalışır.
Bu keçiddə kataloniyalıların baş məşqçisi Xavi şəxsən maraqlıdır. “Şəhərlilər” futbolçunun satılmasına qarşı deyil. Lakin ingiltərəlilər onun üçün 50 milyon avro istəyir.