Xavi “Barselona”da qala bilər

Xavi “Barselona”da qala bilər

“Barselona” yoluna Xavi ilə davam edə bilər. Bu barədə komandanın yarımmüdafiəçisi Pedri danışıb:

“Xavi çox yaxşı iş görür, “Barsa”da qalacaqına ümid edirəm. İşlər pis gedəndə demək olar ki, hamı tənqid olunur.

“Barselona”nın baş məşqçisi olmaq çətindir, amma düşünürəm ki, Xavi yaxşı iş görür. O, gənc oyunçulara çox kömək edir. Futbolçu olmağın nə demək olduğunu bilir, çünki özü də bu yoldan keçib.

Ernandesin bizə kömək etməsi, məsləhət verməsi çox gözəldir. Ümid edirəm ki, o, bizimlə qalacaq və qalib olub kuboklar qazana biləcək”.

ETOPAZ

Əvvəlki yazı

Ernandes “Atletiko”ya dönə bilər

Növbəti yazı

“Barselona” heyətini genişləndirməyi düşünür