Xavi ABŞ-a buraxılmadı

Xavi ABŞ-a buraxılmadı

“Barselona”nın baş məşqçisi Xavi Ernandes ABŞ-a buraxılmayıb. Buna səbəb gənc mütəxəssisin İrana səfər etməsidir.

Kataloniyalılar tezliklə ABŞ-a mövsümöncəsi turneyə gedəcək, lakin baş məşqçi komanda ilə uçmayacaq. Rəhbərlik əvvəlcə Xavinin “inzibati və pasport məsələləri” səbəbindən yollanmayacağını açıqlamışdı. Lakin əsl səbəbin baş məşqçinin Qətərin “Əl-Sədd” klubunda olarkən İrana üç dəfə yollanması olduğu müəyyənləşib.

Xavinin ABŞ-a daxil olmaq üçün xüsusi viza alması gözlənilirdi. Lakin ona son anda icazə verilməyib. “Barselona” problemi həll etmək üçün bazar ertəsinə qədər gözləməli olacaq.

ETOPAZ

Əvvəlki yazı

“Sakramento”da yeni müqavilə

Növbəti yazı

Daniloviç finalda