“Xankəndi” Region Liqasının çempionu oldu

“Xankəndi” Region Liqasının çempionu oldu

AFFA Region Liqasında 2024/2025 mövsümünün qalibi müəyyənləşib. Turnirin final matçında “Şirvan” və “Xankəndi” qarşılaşıb.

Qəbələ şəhər stadionunda baş tutan həlledici oyun Xankəndi”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın qollarını Bayram Əliyev, Hüseyn Axundov və Elariz Xəlilli vurublar.

Üçüncü yer uğrunda matçda “Ağstafa Gəncləri” “Göyəzən”i 5:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Region Liqasının qalibi növbəti mövsümdə Azərbaycan II Liqasında oynamaq hüququ əldə edib. Məğlub olan “Şirvan” futbolçuları isə II Liqanı 13-cü sırada tamamlayan “Lerik” ilə pley-off matçına çıxacaq.

ETOPAZ

Əvvəlki yazı

Modriç “Real”dan ayrılacaq

Növbəti yazı

Yunus Akgün ən gözəl qolun müəllifi seçildi