Xames Rodriges Meksika klubunda

Xames Rodriges Meksika klubunda

Xames Rodriges Meksikanın “Leon” klubuna keçib. Kolumbiya millisinin 33 yaşlı yarımmüdafiəçinin keçidini Şimali Amerika klubunun mətbuat xidməti açıqlayıb.

“Leon” anlaşmanın detallarını açıqlamayıb. Amma tərəflərin 1+1 illik müqavilə imzaladığı iddia olunur.

Kolumbiyalı mövsümə İspaniyanın “Rayo Valyekano” klubunda başlayıb. İspaniya klubu ilə müqaviləsinə qarşılıqlı razılaşma ilə xitam verilən yarımmüdafiəçi yeni klubuna azad agent statusu ilə keçib.

Qeyd edək ki, əvvəllər “Real”, “Bavariya” kimi klublarda da çıxış edən Xames “Rayo Valyekano”da 6 oyun keçirib.

ETOPAZ

Əvvəlki yazı

Ronaldo “Əl Nəsr”də qalacaq

Növbəti yazı

“Neftçi”də növbəti ayrılıq