Xabi Alonso: “Oynadığımız hər turnirdə mümkün qədər irəli getmək istəyirik”

Xabi Alonso: “Oynadığımız hər turnirdə mümkün qədər irəli getmək istəyirik”

Sabah Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Qarabağ” növbəti matçını keçirəcək. Komanda “Bayer”in qonağı olacaq.

Oyundan öncə meydan sahiblərinin baş məşqçisi Xabi Alonsonun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

“Mövsümün sonudur. İlin bu mərhələsində rotasiyalar qaçılmazdır. Bu üzdən hər bir futbolçu komanda üçün əhəmiyyətlidir. Yenə Matey Kovarja güvənəcəyəm. İlk oyundan sonra onun bəzi problemləri var idi. Biz ona istirahət üçün daha çox vaxt vermək istədik. Amma Kovarj yaxşı məşq etdi və mənə 100 faiz hazır olduğunu dedi. Əgər 100 faiz hazırdırsa, deməli oynayacaq”.

Baş məşqçi bütün fikirlərinin “Qarabağ”la bağlı olduğunu qeyd edib: “Biz hər matça ayrı-ayrılıqda köklənirik. Hazırda “Qarabağ”la görüşü düşünürük. Oynadığımız hər turnirdə mümkün qədər irəli getmək istəyirik”.

Alonso futbolçuların ac olduğunu və var qüvvələri ilə oynayacaqlarını bildirib: “Sabah “Qarabağ”a qarşı bütün gücümüzü meydanda qoyacağıq. Bazar günü “Frayburq”la oyunda da var gücümüzlə oynayacağıq. Ardınca Almaniya kubokunda eyni şey olacaq. Biz dayanmırıq. Futbolçular daha çox oyunda qələbə qazanmağa acdırlar. Məğlubedilməz kimsə yoxdur. “Uduzan çıxır” prinsipi keçirilən pley-off matçlarında emosiyalar fərqli olur. Mən belə duelləri sevirəm: ya hər şey, ya heç nə. Avropa Liqası, Bundesliqa və Almaniya kuboku turnirlərindən hansının daha çətin olduğunu deməzdim. Hamısı çətindir. Ölkə kubokuna nisbətən qısa yol qalıb. Çünki artıq yarımfinaldayıq. Avropa Liqasında bundan sonra üç mərhələmiz qalıb. Hələ uzaq olduğundan hələlik may ayı beynimizdə deyil. Bu, futboldur və hər şeyə hazır olmalıyıq”.

ETOPAZ

Əvvəlki yazı

Qotti “Leççe”də

Növbəti yazı

Yosip Stanişiç: “O, nəyi necə etməli olduğumuzu çox gözəl bilir”