WTA yekun turnirinin yerini dəyişdi
Qadın tennisçilər arasında WTA-nın yekun turnirinin yeri dəyişdirilib. Bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb. Çinin Şençjen şəhəri koronavirus pandemiyası üzündən yarışı qəbul edə bilməyəcək. Turnir Meksikanın Qvadalaxara şəhərində təşkil olunacaq. Bir il sonra yarış yenidən Çinə qayıdacaq. Bu ölkə 2030-cu ilədək ən güclü tennisçiləri qəbul edəcək.
Xatırladaq ki, Meksikadakı turnir noyabrın 8-də start götürəcək.