WTA ilin məşqçisini açıqladı

WTA ilin məşqçisini açıqladı

WTA 2021-ci ilin ən yaxşıları ilə bağlı növbəti siyahısını açıqlayıb. İspaniyalı Konçita Martines ilin məşqçisi seçilib. Onun yetirməsi Qarbinye Mururusa bu il reytinqin “Top-3”ə qayıdıb və yekun turnirinin qalibi olub.

Karen Kratske adına ədalətli oyun mükafatına Karla Suares-Navarro layiq görülüb. Limfomadan sonra korta qayıdan tennisçi ilin sonunda karyerasını bitirib.

İctimai fəaliyyət üçün nəzərdə tutulan Piçi Kellmeyer mükafatı Kristi Ana verilib.

e-Topaz

Əvvəlki yazı

“Barselona”da ilk qol

Növbəti yazı

Günün kuponu – 13.12.2021