“WTA Finals”ın dörd iştirakçısı dəqiqləşdi

“WTA Finals”ın dörd iştirakçısı dəqiqləşdi

Qadın tennisçilərin ilin yekun turnirinin iştirakçılarından dördü bəlli olub. “WTA Finals” oktyabrın 29-dan noyabrın 5-dək keçiriləcək.

Meksikanın Kankun şəhərindəki turnirdə Arina Sobolenko (Belarus), İqa Şventek (Polşa), Kori Qauff (ABŞ) və Yelena Rıbakina (Qazaxıstan) qüvvəsini sınayacaq. Digər 4 tennisçi isə Çempionlar yolunun nəticələrinə əsasən müəyyənləşəcək.

Sobolenko ardıcıl 3-cü dəfə bu yarışa qatılacaq. Rıbakina isə yekun turnirində oynayacaq ilk Qazaxıstan təmsilçisi olacaq. Qauff Kankunda həm fərdi, həm cütlərin yarışında mübarizə aparacaq.

e-Topaz

Əvvəlki yazı

Linqard ərəb klubunda

Növbəti yazı

Dünya çempionu karyerasını bitirir