“WTA Finals”da püşkatma
Qadın tennisçilər arasında ilin yekun turnirinin püşkü atılıb. Fort-Uortdakı turnirin qrupları bəlli olub.
Treysi Ostin qrupunda İqa Şventek, Koo Qauff, Karolin Qarsiya və Darya Kasatkina mübarizə aparacaq. Nensi Riçi qrupunda Ons Jaber, Cessika Pequla, Mariya Sakkari və Arina Sobolenko yer alıb.
Qeyd edək ki, turnirə oktyabrın 31-də start veriləcək.