“WTA Finals” Praqada
Qadın tennisçilərin yekun turnirinin keçirilə biləcəyi yer müəyyənləşib. “WTA Finals” Çexiyada keçirilə bilər.
Praqa turniri qəbul etməyə əsas namizəddir.
Turnirin Səudiyyə Ərəbistanında təşkili də pronozlaşdırılırdı. Lakin WTA rəhbərliyi Avropaya üstünlük verib.
Bu qərar yaxın günlərdə rəsmiləşəcək. “US Open”dən sonra qurum qərarını açıqlayacaq.