Vyanada finalın adı bəlli oldu
Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən ATP-500 turnirinin finalı bəlli olub. Aleksandr Zverev yarışın həlledici duelinə vəsiqə qazanıb.
O, yarımfinalda italiyalı Lorenzo Musettini iki setdə (6:4, 7:5) məğlub edib. Qarşılaşma 1 saat 33 dəqiqə davam edib.
Turnirin finalında Zverev Yannik Sinner ilə qarşılaşacaq.












