“Vulverhempton” Ziyeşi istəyir
“Qalatasaray”ın futbolçusu Hakim Ziyeş komandanı tərk edəcək. O, yenidən İngiltərə Premyer Liqasında çıxış edə bilər.
Mərakeşlinin xidmətində “Vulverhempton” maraqlıdır. Premyer Liqa təmsilçisinin yeni baş məşqçisi Vitor Pereyra yarımmüdafiəçini komandasında istəyir.
Bildirilir ki, “qurdlar” Ziyeşlə danışıqlar prosesinə start verib.
Qeyd edək ki, onun “Qalatasaray”la müqaviləsi yaya qədərdir.