Volkovdan 50-ci qol

Volkovdan 50-ci qol

Davit Volkov Azərbaycan çempionatlarında 50-ci qolunu vurub. “Zirə”nin futbolçusu Azərbaycan Premyer Liqasının XV turunun “Sumqayıt”la görüşündə (4:1) het-trikə imza atıb. Onun matçdakı son topu yubiley – 50-ci olub.

Gürcüstanlı hücumçu buna Premyer Liqadakı 163-cü görüşündə çatıb. Volkov Azərbaycanda üç klubda forma geyinib. O, “Zirə”də 27, “Sabah”da 16, “Qəbələ”də 7 qola imza atıb.

Davit Azərbaycan çempionatları tarixində 50 və daha çox qol vuran 41-ci futbolçudur.

1Nazim Əliyev183
2Müşfiq Hüseynov125
3Rövşən Əhmədov116
4-5Qurban Qurbanov115
 Samir Ələkbərov115
6Alay Bəhramov108
7Nadir Nəbiyev103
8-9Xaqani Məmmədov102
 Vadim Vasilyev102
10Kənan Kərimov101
11Musa Qurbanov94
12Fazil Pərvərov89
13Samir Musayev88
14-15Fərrux İsmayılov85
 İmamyar Süleymanov85
16Samir Əliyev84
17İsmayıl Məmmədov76
18İlham Məmmədov74
19Azər İsayev73
20Paşa Əliyev72
21Badri Kvaratsxeliya71
22Zaur Ramazanov70
23Yunis Hüseynov66
24-25Vidadi Rzayev65
 Mahir Əliyev65
26Rauf Əliyev63
27-29Mahmud Qurbanov61
 Ramiz Məmmədov61
 Georgi Adamiya61
30-31Mahir Emreli59
 Filip Ozobiç59
32Rəşad Abdullayev 58
33Vaqif Cavadov53
34Amil Yunanov52
35-36Həsən Abdullayev51
 Riçard Almeyda51
37-41Vüqar Qəmbərov50
 Mehman Baxışov50
 Yalçın Bağırov50
 Viktor İqbekoyi 50
 Davit Volkov50

ETOPAZ

Əvvəlki yazı

20-ci böyükhesablı

Növbəti yazı

“Ayın qolu” ilə bağlı yeni qərar