Volkov mövsümü erkən bitirdi

Volkov mövsümü erkən bitirdi

“Sabah”ın futbolçusu Davit Volkov mövsümü başa vurub. Gürcüstanlı legioner cəza səbəbilə son iki turu buraxacaq.

Bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib. Qurum Azərbaycan Premyer Liqasının XXXIV turunun “Qəbələ” – “Sabah” oyununun 65-ci dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan futbolçu ilə bağlı qərarını verib.

Volkov 2-si şərti olmaqla 4 oyun cəzalanıb. “Sabah” 3000 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib.

ETOPAZ

Əvvəlki yazı

Günün şansı – 17.05.2024

Növbəti yazı

Lunyov “Dinamo”nun hədəfində