Volkan Demirelin yeni klubu bəlli oldu

Volkan Demirelin yeni klubu bəlli oldu

Volkan Dəmirel məşqçi fəaliyyətini bərpa edib. O, bundan sonra “Bodrumspor”u çalışdıracaq.

Türkiyə millisinin və “Fənərbağça”nın sabiq qapıçısı Bodrum təmsilçisi ilə 3 illik müqavilə imzalayıb. 42 yaşlı mütəxəssislə dünən istefaya göndərilən İsmət Taşdəmiri əvəzləyib.

Qeyd edək ki, “Bodrumspor” Türkiyə Superliqasında 10 oyundan sonra 10 xalla 13-cü pillədə qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

UEFA-dan 1 milyard avro

Növbəti yazı

Edvardsdan rekordun təkrarı