“Volfburq”un yarımmüdafiəçisi A Seriyasının çempionunda
“Milan” heyətini yeni futbolçu ilə gücləndirib. A Seriyasının son çempionu “Volfsburq”un yarımmüdafiəçisi Aster Vrankı icarəyə götürüb.
O, artıq Milandadır. Oyunçu yaxın zamanda tibbi müayinədən keçəcək və klubla müqavilə imzalayacaq. İtaliyalılar Vrankı 2 milyon avroya icarəyə götürəcək.