Voleybol Federasiyasının prezidenti bəlli oldu
Azərbaycan Voleybol Federasiyasının (AVF) hesabat-seçki konfransı keçirilib. Tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.
Öncə AVF-nin hesabatı dinlənilib. Federasiya prezidenti Cavid Qurbanov hesabat məruzəsi ilə çıxış etdikdən sonra federasiya rəhbərliyinə seçkilər keçirilib. Qurbanov yenidən federasiyanın prezidenti, Faiq Qarayev I vitse-prezident, Cəlil Cəfərov və Əbülfəz Hüseynov vitse-prezident, Nicat Quliyev və Kamal Hüseynli AVF İdarə Heyətinə üzv seçiliblər.
Konfransda həmçinin federasiyanın Nizamnaməsinə əlavə və dəyişikliklər də müzakirə olunaraq qəbul edilib.