Vlaşiç “Torino”da qalmaq istəyir
“Torino”nun futbolçusu Nikola Vlaşiç “Vest Hem”ə dönmək istəmir. O, icarə əsasında çıxış etdiyi İtaliya klubunda qalmaq niyyətindədir.
25 yaşlı xorvatiyalı turinlilərlə tam hüquqlu müqavilə imzalayacağına ümid edir. “Öküzlər”in Vlaşiç üçün 15 milyon avro ödəməyə hazır olduğu bildirilir.