Vlahoviç mövsümün sonunu gözləyir
“Yuventus”un idman direktoru Kristiano Gintuli adı “Fənərbaxça” ilə hallanan Duşan Vlahoviçlə bağlı açıqlama verib. Funksioner İtaliya mətbuatına açıqlamasında serbiyalı hücumçu haqda qərar verilmədiyini söyləyib:
“Vlahoviç ayrılacaq? Hələ heç nə bilinmir. Onun haqda qərar vermək üçün mövsümün sonunu gözləyirik”.
Vlahoviç bu mövsüm 39 oyunda 14 qol vurub.